Ərdoğan bu gün Qarabağla bağlı iclas keçirəcək - SON DƏQİQƏ

 11:49 17.11.2020     12871

Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcəyi toplantıda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaranmış son vəziyyət, atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı məsələ də müzakirə ediləcək.

Qeyd edək ki, Türk ordusunun Azərbaycana göndərilməsi ilə bağlı prezident Ərdoğan rəsmi sənəd imzalayıb. Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. //Metbuat.az