Düşmənin ən möhkəm istehkamları yerləşən şəhər - Bir güllə atmadan aldıq...

 11:08 23.11.2020     7299

“Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının birgə bəyanatına müvafiq olaraq, Ağdam işğaldan azad olunub. Bu şəhər işğal altında olan ərazilərin içində düşmənin ən möhkəm süni hərbi istehkamlar olan istiqamətlərdən biri idi”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov Ağdamın işğaldan azad olunması, Azərbaycan Ordusunun rayona daxil olması ilə bağlı danışarkən deyib. O, Ağdamın azad olunmasını həm hərbi, həm də diplomatik qələbə olduğunu bildirib:

“Əlbəttə, ordumuz güclüdür, döyüş ruhumuz yüksəkdir, alınmaz qala olan Şuşanı və digər rayonları azad etdiyimiz kimi, Ağdamı da azad etməyə imkanımız var idi, lakin şanlı ordumuzun gücü, Ali Baş Komandanın qətiyyəti sayəsində biz düşməni məcbur etdik ki, özü ağ bayraq qaldıraraq, Ağdamı tərk etsin. Bu, həm hərbi, həm də diplomatik qələbədir. Üçtərəfli bəyanatda Azərbaycanın diqtə etdiyi cədvələ uyğun olaraq, Ağdamın qrafik üzrə azad olunması, razılaşma sonrası bu bəyanata müəyyən dairələrdə skeptik yanaşmalara da son qoydu”.

Mahir Xəttab \ Redaktor.az