Ermənilər evinizi dağıdıb, əmlakınızı talan edib? - MƏHKƏMƏYƏ MÜRACİƏT EDİN

 11:22 23.11.2020     10957

“Müharibə ilə bağlı məsələlərə baxan məhkəmə beynəlxalq cinayət məhkəməsidir.  Bu məhkəmənin Roma statusu var ki, onu Azərbaycan imzalamayıb.  Amma Ermənistan imzalasa da, bu, təsdiqlənməyib. Əgər təsdiq edilmiş olsaydı, bu zaman onu beynəlxalq cinayət məhkəməsinə şikayət edə bilərdik. İndi isə bu, mümkün deyil".

Bu sözləri Redaktor.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O, bildirib ki, mümkün olan tək yol, vətəndaşların özlərinin fərdi qaydada şikayət etməsidir:

Bakupost.az - Əxlaqsızlıq və şəxsi həyatın toxunulmazlığı...

"Hazırda bu proses gedir, onların şikayətləri hazırlanıb Avropa məhkəməsinə veriləcək. Ermənistan işğalçı, terrorist dövlət olmasına baxmayaraq, onlar Avropa tərəfindən zərərçəkmiş xalq kimi qəbul edilirlər. Niderlandda, Fransada ermənilərin leyhinə qərarların çıxarılmasına cəhd edənlər var. Bu sahədə çox böyük bir diplomatiya həyata keçirilməlidir. Diplomatlarımız rəsmi səfərlər çərçivəsində Avropa parlamentində danışıqlar aparmalıdırlar. Qarşı tərəfdən də bir neçə şəxs iştirak edə bilər ki, bu da müzakirələrdə faktların təqdim edilməsi üçün əsas rol oynaya bilər. Bu danışıqlarda Ermənistanın müharibə müddətində həyata keçirdiyi işğalçı, faşist münasibətlər danışılmalıdır. Lakin təkcə 44 günlük müharibə deyil, 20 Yanvar, Xocalı soyqırımı və onların bu kimi cinayətkarlıqları əsas müzakirə mövzusu olmalıdır. Çünki bu məsələlərin danışılması çox vacibdir. Bundan əlavə, BMT, UNESCO və digər təşkilatların nümayəndələri işğaldan azad olunan rayonlara dəvət olunmalıdır. Bu zaman onlar görəcəklər ki, ermənilər bu ərazilərdən çıxarkən necə dağıdıcı, insani mövqedən kənar hərəkətlər ediblər. Bütün bunları faktlarla, sübutlarla göstərmək lazımdır. Həmin qurumlar da bu kimi hadisələri sənədləşdirərək göstərməlidir ki, ermənilər bu cür vandalizm aktı yerinə yetiriblər".

Şəfəq Samed \ Redaktor.az