“Bakıdakı danışıqların yekununu müsbət hesab edirik” - Lavrov

 19:39 21.11.2020     72

“Bakıdakı danışıqların yekununu olduqca müsbət hesab edirik”.

Redaktor.az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Bugünkü görüşdə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərimizi müzakirə etdik. Koronavirus pandemiyası bitəndən sonra əyani şəkildə tədbirlərə qayıtmağımız barədə konkret addımlardan danışdıq. Bu tədbirlər hökumətlərarası komissiyanın iclası, regionlararası forum, Bakı Humanitar Forumu, gənclərin təşəbbüsü ilə olan forumlardır. Bizim ikitərəfli strateji münasibətlərimizi inkişaf etdirmək üçün çoxlu əsaslarımız var”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov danışıqlarda Rusiya ilə Azərbaycan arasında beynəlxalq təşkilatlardakı əməkdaşlığın da müzakirə olunduğunu söyləyib:

“Beynəlxalq təşkilatlarda, BMT, ATƏT-dəki əməkdaşlığımızı müzakirə etdik, harada ki, bir çox əsas prinsipal məsələlərlə bağlı mövqeyimiz üst-üstə düşür. Bizim Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də birgə layihələrimiz və beş Xəzəryanı ölkə çərçivəsində birgə əməkdaşlığımız var. Ona görə də danışıqların yekununu olduqca müsbət hesab ediririk”. \\APA