Lavrov Bakıya hansı təkliflə gəlmişdi? - GÖRÜŞÜN GİZLİ MƏQAMLARI

 13:20 23.11.2020     8225

"Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı səfərinin əsas məqsədi ayın 10-da əldə olunmuş razılığın həyata keçirilməsi ilə bağlı idi. Görüşdə, əldə olunan razılığın daha detallı şəkildə müzakirəsi aparılıb".

Bu sözləri Redaktor.az-a politoloq İlqar Vəlizadə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbycana səfəri haqqında danışarkən deyib. O bildirib ki, müharibə başa çatsa da, bəzi məsələlərin müzakirəsinə ehtiyac var:

“Düzdür, artıq 12 gündür Qarabağda müharibə başa çatıb, amma siyasi baxımdan müəyyən məsələlər hələ müzakirə olunmalıdır. Bu müzakirələrin aparılması üçün də belə görüşlərin, səfərlərin olmasına ehtiyac var. Hesab edirəmki, görüş zamanı Dağlıq Qarabağda olan sülhəramlı qüvvələrin fəaliyyəti də müzakirə edilib. Çünki həmin qüvvələrin fəaliyyətinin dəqiqləşməsinə ciddi ehtiyac var. Rusiyanın, xüsusi ilə Putinin son son sözlərinə baxsaq, görərik ki, artıq rəsmi Moskva Azərbaycana dəstək verməkdən, bunu açıq dilə gətirmkdən çəkinmir. Hələlik proses başa çatmayıb deyə ətraflı məlumat vermək olurmur. Hesab edirəm ki, müəyyən müddətdən sonra cəmiyyətə detallı məlumat veriləcək”.

İlqar Vəlizadə: “Prezident seçkilərinin nəticəsindən sonra sazişin bərpası  mümkündür”

Mahir Xəttab \Redaktor.az