Kəlbəcərin işğaldan azad olunması: HƏR ŞEY DƏYİŞƏCƏK...

 11:33 25.11.2020     531

"Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan siyasətinin və Prezident İlham Əliyev diplomatiyasının böyük uğrudur".

Bu sözləri Redaktor.az-a politoloq Tofiq Abbasov Kəlbəcər rayonun işğaldan azad olunması ilə bağlı danışarkən deyib. O, regiondan baş verəcək mühüm dəyişikliklərdən bəhs edib:

“Kəlbəcər rayonu releyfinə görə çox mürəkkəb rayondur. Azərbaycan Ordusunun rayona itki vermədən, bir güllə atmadan daxil olması Azərbaycanın apardığı düzgün siyasətin nəticəsidir. Bu, əldə olunan böyük bir naliyyətdir. İllərdi ki, Ermənistan dağıdıcı siyasət həyata keçirərək, Azərbyacan torpaqlarını zəbt etmişdi. Torpaqlarımızın isə işğal altında olması təkcə Azərbaycana deyil, ümumilikdə bölgəyə problem yaradırdı. Regiondakı bütün dövlətlər vəziyyətdən əziyyət çəkirdi. Azərbaycan Ermənistanın bu işğalçı siyasətinə son qoydu. Hesab edirəm ki, bundan sonra bölgədə yeni giosiyasi mühüt formalaşacaq. Azərbaycan artıq regionun güclü dövlətlərindən biridir. Bundan sonra bölgədə Ermənistan əvvəlki işğalçı siyasətini apara bilməyəcək. Qarabağın işğaldan azad olunması Azərbaycanın mütləq qalibiyyətidir. Biz həm hərbi, həm də siyasi yolla bu qələbəni qazandıq”.

Mahir Xəttab \ Redaktor.az