Bu qurumun üzvlərinə xidməti pasport VERİLMƏYƏCƏK

 19:45 25.11.2020     474

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinləri xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısından çıxarılıb. 

Redaktor.az-ın məlumatına görə, bununla əlaqədar  Prezident İlham Əliyev “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.