Fransa Senatının qərəzli mövqeyi - VİDEO

 21:51 25.11.2020     344

Fransa Senatı qərəzli mövqe nümayiş etdirir. Gözlənildiyi kimi, Senat Fransa hökumətini qondarma “Dağlıq Qarabağı” tanımağa çağıran məsləhət xarakterli qətnaməni müzakirəyə çıxarıb. 

Redaktor.az xəbər verir ki, AzTv-nin Fransadakı müxbiri Elzar Ağayev məsələ ilə bağlı canlı yayıma qoşularaq məlumat verib. O qeyd edib ki, yekunlaşmaqda olan çıxışlardan sonra səsvermə başlayacaq. 

E.Ağayev onu da bildirib ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən senatorlar müzakirələrə çağırılmayıblar. Çıxış edən senatorlar isə həddindən artıq qərəzli mövqe nümayiş etdiriblər. 

Qətnamədə Türkiyənin adının bir neçə dəfə çəkilməsi isə müxbir tərəfindən Fransanın bu ölkəyə olan qısqanc münasibətinin təzahürü kimi qiymətləndirilib. 

Həmin süjeti təqdim edirik:  //Oxu.az