Sahibə Qafarova xalqı təbrik etdi

 11:15 26.11.2020     9401

Bildiyiniz kimi, 10 noyabrda Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata əsasən, dünən Kəlbəcər rayonu erməni silahlı qüvvələrindən təmizlənib Azərbaycana təhvil verilib. Bu münasibətlə hər birinizi təbrik edirəm.

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova deyib ki, dekabrın 1-ə qədər Laçın rayonu Azərbaycana təhvil veriləcək və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək: “Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”.