"Onlar istəyir ki, Qarabağda müharibə yenidən başlasın" - POLİTOLOQ

 19:44 27.11.2020     19239

Bildiyiniz kimi, Fransa Senatı hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qətnamə qəbul edib.

Sənədi 305 senator dəstəkləyib, yalnız bir nəfər əleyhinə səs verib.

Bəs, daha hansı ölkələr Dağlıq Qarabağın müstəqilliyini tanıya və ya statusla bağlı təxribatlara əl ata bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zaur Məmmədov Rusiyanın Cənubi Qafqazda hərbi varlığına qarşı ciddi gedişlərin şahidi ola biləcəyimizi bildirib:

“İstisna deyil ki, Fransanın ardından Hollandiya, Kanada, Belçika, Avstraliya, Uruqvay, Argentina Dağlıq Qarabağla bağlı spekultasiyaya yol versinlər. Onlar bölgədə müharibənin yenidən başlanmasını istəyirlər.

Bu işə ümumdünya erməni diasporası milyonlarla pul ayırıb. Qərbdəki erməni diasporası Baş nazir Nikol Paşinyanın şimal qonşumuz Rusiyaya meyillənməsini istəmir. Düşünürəm ki, Qərb bunun qarşısını almaq üçün müəyyən addımlar ata bilər”.

Qeyd edək ki, Milli Məclisin ötən gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib. Bəyanatda qətnamə pislənilir və qeyd olunur ki, bu qətnamə beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Mahir Xəttab \ Redaktor.az