Çavuşoğlu və Stoltenberq arasında TELEFON DANIŞIĞI

 21:52 26.11.2020     165

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Redaktor.az-ın verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Bildirilir ki, Türkiyə XİN rəhbəri və NATO-nun Baş katibi Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.