ABŞ qırıcıları havaya qaldırıldı - İranda nə baş verir?

 12:08 30.11.2020     7379

İranın nüvə alimi Möhsün Fəxrizadənin sui-qəsdlə öldürülməsindən sonra bəzi gərginliklər yaşanıb.

Redaktor.az xəbər verir ki, ABŞ-ın döyüş gəmisi "USS Nimitzd"dən təyyarələr havaya qaldırılıb. Bu gəminin sui-qəsddən bir gün əvvəl əraziyə gətirildiyi deyilir.

İran Prezidenti Həsən Ruhani isə bu qətldə İsraili günahlandırıb. O, cinayətkarların cəzalandırılacağını vurğulayıb.

Qeyd edək ki, Qərb ölkələri ilə İranı qarşı-qarşıya gətirən nüvə proqramının memarı olan Fəxrizadə dövlət tərəfindən xüsusi olaraq qorunurdu.

Orxan İsmayıl /  Redaktor.az