Türkiyə səfirliyi Azərbaycan xalqına başsağlığı verib - FOTO

 10:06 04.12.2020     212

Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tvitter səhifəsində paylaşım edilib.

“Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, - səfirlikdən bildirilib.

No description available.