Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

 10:29 04.12.2020     456

Fransa Milli Assambleyasının əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılacaq.

Bu barədə Redaktor.az-a XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq.