İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət ediblər - VİDEO

 11:53 04.12.2020     241

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Redaktor.az-ın məlumatına görə, dövlət başçısı "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramını bildirib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.