Zəfər paradında görmədiyimiz Türkiyə əsgərləri - ONLAR AZƏRBAYCANDADIR

 13:18 06.01.2021     5138

"Bizim zəfər paradında gördüyümüz əsgərlərlə yanaşı, görmədiklərimiz də var. Müəyyən qədər Türkiyə hərbçisi Azərbaycandadı. Lakin hər şeyi göstərərək, bir neçə erməni siyasətçisinə acıq verməklə qələbə atmosferinə girmək siyasi uyğunsuzluqdur. Türkiyə ilə Azərbaycan arasında məsləhətləşmələr hər an davam edir".

Redaktor.az xəbər verir ki, bu sözləri jurnalist Sevil Nuriyeva açıqlamasında deyib. O bildirib ki, Türkiyənin prosesə daxil olması, Rusiyanın maraqları ilə qardaş ölkənin maraqlarının yan-yana gəlməsi tarixi nöqteyi nəzərdən uğurlu addımdır:

"Sosial mediada panik halında olanlar, hər hadisəyə qaranlıq tərəfdən baxmağa vadar edənlər var. Sanki həmin torpaqları rus ordusu işğal edibmiş kimi davranmaq çox yanlış addımdır. Hazırda ölkənin gəldiyi nöqtə 1 il öncə sadəcə bir xəyal ola bilərdi.

Əgər hər hansı bir düyün, qarışıqlıq varsa, Türkiyə görünən və görünməyən həmlələr edir, addımlar atır. Bunu ictimaiyyətə açıq elan etmək müəyyən problem yarada bilər. Türkiyənin dövlət ənənəsi bunu tələb edir. Zamanı gələndə, bir gün mütləq hərşey ictimaiyyətə açıqlanacaq. 

Rusiya-Turkiyə arasında olan hazırki mərhələni qaralamaq, bu barədə əks danışmaq ciddi təxribat işləridir. Həmin təxribatçılara inanıb, məsələyə yanlış yöndən baxsaq, tamamilə yanılarıq və uduzarıq".

Şəfəq Samed \ Redaktor.az