Qarabağda yaşayan ermənilərə status veriləcək? - AÇIQLAMA

“Dağlıq Qarabağda yaşayan ermənilərə hansısa status verilməyəcək. Bu, müzakirə mövzusu belə deyil”.
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsadullazadə deyib.
“Dağlıq Qarabağda ermənilərin fəaliyyətinə gəldikdə, onlara heç bir vaxt status verilməyəcək. Arayik Arutunyan, Vitaliy Balsanyandan istifadə edən Rusiya bir müddətdən sonra fakt qarşısında qalıb, Azərbaycan və Türkiyə ilə birgə ciddi əməkdaşlığa getməsi qaçılmazdır.
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qəti siyasi iradəsi yoxdur. Sadəcə Rusiya burada müəyyən rol oyanır. Bunun da qarşısı alınacaq.
Azərbaycan və Türkiyə çox ciddi şəkildə regionda öz mövqeyini gücləndirir”, - deyə politoloq bildirib.
Mahir Xəttab \ Redaktor.az