Rüşvətxor məmurlara xəbərdarlıq: "Qara maskalılar" gələcək... - AÇIQLAMA

 11:59 08.01.2021     1002

“Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş video müşavirədə ölkədə aparılan kadr islahatların əhəmiyyətindən danışaraq qeyd etdi ki, bəzi hallarda ona düzgün məlumat çatdırılmır. Təbii ki, belə hallar qəbul edilməzdir”.

Bu sözləri Redaktor.az-a millət vəkili Azər Badamov deyib. O, yüksək vəzifədə oturan bəzi məmurların ölkədə korropsiyanın qarşısınıın alınmasına mane olduqlarını bildirib:

“Hər hansı sahədə korrupsiyaya qarşı tədbirləri həyata keçirilməyə başlayanda onun arxasında yüksək vəzifəli bir məmuruin dayandığı görünür və aparılan işləri əhəmiyyətsiz edirdi. Buna görə də ölkədə aparılan kadr islahatları bir çox sahələri himayə edən məmurların vəzifələrində uzaqlaşdırılması ilə nəticələndi. Bu da ölkədə korrupsiyaya qarşı tədbirlərin effektiv və manesiz aparılmasına imkan yaratdı. Biz 2020-ci ildə müvafiq qurumlar tərəfindən aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində görülən tədbirlərin şahidiyik. Artıq korrupsiya əməlinə görə məmurlar arasında seçim edilmir. Nazirə, icra başçısına və digər vəzifəli şəxslərə qarşı da bu tədbirlər həyata keçirilir. Dövlət strukturlarının hansı səviyyəsində olmasından asılı olmayaraq, harda  korrupsiya əməlləri ilə bağlı məlumat daxil olursa, “qara maskalı”lar onların yanındadır. Bu işin effektiv həyata keçirilməsi üçün ictimai nəzarətin güclənməsi də vacib məsələdir. Korrupsiyasız təmiz cəmiyyətin qurulmasında hamımız iştirak etməliyik və bu hər bir vətəndaşın işi olmalıdır”.

Mahir Xəttab \ Redaktor.az