Ermənistan işğalçı dövlət olduğunu etiraf edib - BƏYANATIN DETALLARI... / AÇIQLAMA

 12:39 09.01.2021     39594

“Müharibə vaxtı dünyanın müxtəlif nöqtələrindəki havadarlarına zəng edərək, onlara Azərbaycanı durdurmaq üçün  yalvaran Baş nazir Nikol Paşinyan yaxşı olar ki, ağlını başına yığsın, Ermənistanın gələcəyini düşünsün. N.Paşinyan unutmasın ki, məhz onun da imzaladığı birgə bəyanata əsasən, Ermənistan işğalçı dövlət olduğunu etiraf edib”.

Bu sözləri Redaktor.az-a politoloq Zaur Məmmədov deyib. O bildirib ki, müharibənin dayandırılması fonunda yenə də kimlərəsə arxalanmaq istəyən Ermənistanın hakimiyyətdəki və müxalifətdəki hərbi-siyasi-dini avantüristləri yaxşı olar ki, üçtərəfli bəyanatı diqqətlə oxusunlar:

“Bəyanatın VI bəndində Paşinyan Ermənistanın işğalçı olduğunu etiraf edib: “Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır”. Diqqət edək: Bəyanatda Kəlbəcərin və Laçının “qondarma respublika” və ya “erməni hərbi birləşmələri” tərəfindən qaytarılması yox, məhz Ermənistan Respublikası tərəfindən qaytarılması yazılıb.

Üçtərəfli bəyanatın VI bəndində isə Ermənistanın yalanları ifşa edilir. Paşinyan müqaviləyə imza ataraq təsdiq edir ki, Azərbaycan torpaqlarını məhz Ermənistan işğal edib. Bu, bizim diplomatlarımıza hüquqi əsaslar verən mühüm bənddir”.

Mahir Xəttab \ Redaktor.az