Qırğız Respublikasında referendum baş tutdu

 17:50 10.01.2021     332

Bu gün Qırğız Respublikasında keçirilən referendum artıq baş tutmuş sayılır.

Redaktor.az xəbər verir ki, Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyası bu gün keçirilən referendumda artıq seçici fəallığının 33 faiz olduğunu açıqlayıb.

Qeyd edək ki, bu gün Qırğız Respublikasında növbədənkənar prezident seçkiləri və referendum keçirilir. Referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək. Prezident seçkiləri seçici fəallığından asılı olmayaraq baş tutmuş sayılacaq, referendumun baş tutması üçün isə seçici fəallığının 30 faizdən çox olması lazım idi. //Report