Bu gün Moskvada hansı sənəd imzalana bilər? - TARİXİ GÖRÜŞƏ AZ QALIB... / VİDEO

"Bildiyiniz kimi, bu gün Rusiya Prezidenti Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri NikolPaşinyanla üçtərəfli danışıqlar baş tutacaq. Bu görüşlə bağlı artıq Ermənistanda narazılıqlar var. Nikol Paşinyan Moskvaya yola düşməzdən öncə havalimanında da etirazla üzləşib".
Bu sözləri Redaktor.az-a açıqlamasında poltioloq İlyas Hüseynov deyib. O bildirib ki, ermənilər N.Paşinyanı satqın hesab edirlər:
"Onlar düşünür ki, Paşinyan erməni xalqını alçaldacaq növbəti sənədə imza atacaq. Bunu qeyd etmək vacibdir ki, 10 noyabr bəyanatı bir qədər tez imzalandı. Belə ki, bir sıra detallar orada öz əksini tapmadı. Ona görə də Azərbaycan ictiamiyyətində narazılıqlara səbəb olan hərəkətlər baş verdi, insidentlər yaşandı. Xatırlayaq ki, Xocavənd rayonu ərazisində sülhə və təhlükəsizliyə təhdid yaradan erməni terrorçuların sülhü pozmaq cəhdləri var idi. Lakin Azərbaycanın uğurlu anti-terror əməliyyatı nəticəsində onları zərərsizləşdirdi.
Bütün bu insidentlərin qarşısını almaq, regionda əməkdaşlığı genişləndirmək, bir sıra iqtisadi, ticari layihələri reallaşdırmaq, eləcə də birgə yaşayış qaydalarının tənzimlənməsi istiqamətində bu tipli görüşlərin olması arzu olunandır. Ümid edirik ki, bu görüş nəticəsində Azərbaycanın milli maraqlarının qorunması istiqamətində mühim addımlar atılacaq. Görüşdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən koridorun həyata keçirilməsi, Rusiya-Azərbaycan-Türkiyə marşrutunun işə salınması sülhü yaratmaq istiqamətində addımların atılması kimi kompleks məsələlərin müzakirəsi gözlənilir".
Şəfəq Samed \ Redaktor.az