Ərdoğandan Dağlıq Qarabağla bağlı AÇIQLAMA

 16:59 12.01.2021     181

“Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdədir, müttəfiqdir. Amma necə olur ki, Türkiyənin terrorla mübarizəsində bu ölkələr bizim yanımızda yer almırlar?”

Redaktor.az-ın məlumatına görə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

O bildirib ki, Türkiyədən başqa, İŞİD terror təşkilatı ilə qətiyyətlə mübarizə aparan Avropa ölkəsi yoxdur.

Ərdoğan qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ, Liviya və Suriyada apardığı mübarizədə Aİ ölkələrindən dəstək almayıb: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildə həll etməyi bacarmadı, amma 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı”.

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi Aİ ailəsində layiq olduğu yeri tutmalıdır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən