Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.
Redaktor.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.
"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", Leyla Abdullayeva qeyd edib.