Türkiyə əsgərləri gəlir: Rusiya yenə qarışmayacaq - HƏRBİ BAZA YARADILIR?

 13:40 13.01.2021     635

"Moskva görüşündə 10 noyabr bəyanatının 9-cu bəndinə əsasən iqtisadi və nəqliyyat kommunikasiyaların açılması rəsmiləşdi. Bununla da beynəlxalq tranzit əlaqələr bərpa edildi. Ermənistanın Rusiya ilə dəmir yol nəqliyyatı, həmçinin paralel olaraq Azərbaycan və Türkiyə arasında dəmir və avtomobil yolunun açılması rəsmiləşdirildi. Bununla ruslar Türkiyə və Ermənistanla birbaşa quru yol əldə etdi".

Bu sözləri Redaktor.az-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib:

"Bu, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin qurulması demək deyil. İki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq yalnız sülh müqaviləsinin imzalanmasından sonra mümkündür.

Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi Rusiyanın geosiyasi maraqlarına cavab vermir. Bu baxımdan ruslar məsələnin tam həllində maraqlı deyil. Rusiyaya yalnız nəqliyyat əlaqələrinin bərpası lazım idi, ona da nail oldu. Moskva görüşündə prinsipial olaraq problemler qaldı. Azərbaycan Türkiyə ilə birgə bu problemləri həll etməsi gələcək perspektivdə mümkündür.

Görüntünün olası içeriği: Məhəmməd Əsədullazadə, takım elbise

Rusiyaya qarşı ABŞ və Avropanın sanksiyaları, NATO ilə ciddi konfontrasiya fonunda Moskva Türkiyə ilə iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirmək məcburiyyətindədir. Türkiyənin rolunun artırılmasına çalışmalı, birgə hərəkət etməliyik.Hazırda Türkiyə ilə Azərbaycan arasında ciddi hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir və ölkəmizdə Türkiyənin hərbi bazasının yaradılması mümkün ssenarilər sırasındadır.

Rusiya Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qarşı çıxış edə bilməyəcək. Artıq bununla barışıb.

Şəfəq Samed \ Redaktor.az