Üç ölkənin XİN başçılarının görüşü hər il keçiriləcək

Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi ölkə məlum olub.
Redaktor.az-ın xəbərinə görə, üçtərəfli görüşlərin üçüncü iclası 2022-ci ildə Türkiyədə keçiriləcək.
Görüşün dəqiq tarixi qarşılıqlı şəkildə razılaşdırılacaq.
Məlumata görə, Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun iştirakı ilə yanvarın 13-də İslamabadda keçirilən toplantıda üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına razılıq verilib.