Ermənistana son xəbərdarlıq: CAVAB TƏDBİRLƏRİ SƏRT OLACAQ / VİDEO

 10:16 14.01.2021     1188

"Kəlbəcər rayonunun 10 gün müddətində boşaldılması tələbi Azərbaycan tərəfindən ermənilərə edilmiş humanist bir güzəşt idi. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan həm 3 tərəfli bəyanatın, həm də beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozdu".

Redaktor.az xəbər verir ki, bu sözləri siyasi ekspert Sultan Zahidov deyib. O bildirib ki, Ermənistan tərəfi Azərbaycanın humanizm prinsipindən sui-istifadə etməməlidir, bundan nəticə çıxarmalıdır:

"Ermənistan öz təxribatlarını sonlandırmasa, qeyri-qanuni əməlləri həyata keçirməyə davam edərsə, artıq Azərbaycan "dəmir yumruq" əməliyyatının ikinci fazasını cavab zərbəsi olaraq yerinə yetirə bilər. Ermənistan rəhbərliyi məsuliyyətli davranmalı və bəyanatdan irəli gələn prinsiplərə əməl etməlidir".

Daha ətraflı videodan izləyin:

Şəfəq Samed \ Redaktor.az