Parlamentdə ilk komitə iclasının vaxtı məlum olub

 21:02 14.01.2021     358

Yaz sessiyası çərçivəsində Milli Məclisdə ilk komitə iclasının vaxtı məlum olub. 

Redaktor.az-ın məlumatına görə, parlamentin Elm və təhsil komitəsinin yanvarın 18-də saat 11:00-da ilk onlayn iclası keçiriləcək. 

İclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi daxildir.

Qeyd edək ki, Milli Məclisin deputatları sabah tətildən qayıdır.  Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. 

Tətil dövründə parlamentin deputatları məzuniyyətdə sayılırlar. Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq və mayın 31-dək davam edəcək. 

Vumart və Güvən reklamı Vumart Güvən