Azərbaycan Ordusu NATO standartalarına keçə bilər - ƏZƏLƏ NÜMAYİŞİ...

 16:18 18.01.2021     927

“Qarsda keçirilən  "Qış-21" hərbi təlimləri Türkiyə və Azərbaycanın yeni siyasi-hərbi çağrışlara hazır olmasının mesajıdır. Azərbaycan  ilk dəfə öz sərhədlərindən kənarda çoxlu sayda hərbi texnika ilə təlimlərdə iştirak edir. Bu, Azərbaycan Ordusunun artıq beyləxlaq səviyyədə güclənməsinin göstəricisidir”.

Redaktor.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsadullazadə deyib. O bildirib ki, bu kimi təlimlərin davam etməsi, gələcək perspektivdə Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq:

“Bundan sonra Azərbaycan Ordusu Türkiyə qoşunları tərkibində NATO təlimlərinə də cəlb oluna bilər. Bununla yanaşı, artıq Azərbaycan Ordusu Türkiyə və NATO standartalarına keçəcək.

Regionda yeni siyasi-hərbi nizam formalaşır. Hər iki ölkə öz hərbi qüvvələrini kordinasiya edərək, əzələ nümayiş etdirir. Azərbayacana qarşı təzyiqlərin qaşısının alınması, xüsusilə Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda müəyyən hissəsində öz fəaliyyətlərində korrektlər etməyə gətirib çıxaracaq”.

Politoloq bildirib ki, Qarsda keçirilən təlimlər Ermənistanı ciddi narahat edib və bu səbəbdən Gümrüdəki Rusiyanın "102"-ci bazası döyüş hazırlığına gətirilib.

Mahir Xəttab \ Redaktor.az