Xankəndi İCRA HAKİMİYYƏTİ ilə bağlı VACİB XƏBƏR - BÖYÜK QAYIDIŞ...

 12:55 22.01.2021     7597

"Mən 2000-ci ildə deputat seçildiyim vaxtdan Xankəndində İcra Hakimiyyətinin yaradılması məsələsini qaldırmışam. Bununla bağlı mətbuatda da dəfələrlə açıqlamalar vermişəm".

Bu sözləri Redaktor.az-a millət vəkili Elman Məmmədov Xankəndində İcra Hakimiyyətinin yaradılması ilə bağlı danışarkən deyib. O, Xankəndi şəhərində İcra Hakimiyyətinin yaradılmasının vacibliyini qeyd edib:

“Hesab edirəm ki, biz Xankəndidə icra sturukturu yaratmalıyıq. Necə ki, ermənilər orada qanunsuz separatçı qurum yaradıblar, biz də öz ərazimizdə tam qanuni, konstitusiyamıza uyğun şəkildə müvafiq dövlət sturukturu yaratmalıyıq.

Xocalı rayonunun, Şuşanın və digər rayonlarımızın İcra Hakimiyyəti olduğu kimi, Xankəndində də olmalıdır ki, ora qayıdış olanda həmin sturuktur fəaliyyət göstərsin”.

Millət vəkili işğaldan azad olunan ərazilərə qayıtmaq haqqında da danışıb:

“Bildiyiniz kimi, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə nümayəndəliklərin yaradılması haqqında fərman imzalayıb. Düşünürəm ki, Xankəndində də həmin nümayədəliklər olacaqdır.

Hesab edirəm ki, o torpaqlara cənab prezidentin rəhbərliyi altında böyük qayıdış olacaq. O cümlədən Xankəndinə qayıdacağıq. Hətta Xankəndindən olmayan insanlarımızın da orada yaşamaq arzusu var”.

Mahir Xəttab \ Redaktor.az

Çəyirtkə sürüsü Afrikanı cənginə aldı - DÜNYA ÜÇÜN TƏHLÜKƏ

 14:13 22.01.2021     7553

Keniyada çəyirtkə sürüsü 47 əyalətdən 27-nə yayılıb.

Redaktor.az xəbər verir ki, Efiopiya və Sudandan gələn səhra çəyirtkələri təsərrüfata ciddi zərər vurub. Keniya Kənd Təsərrüfatı naziri Peter Munya açıqlamasında, "Bölgələrimizdə vəziyyət gərgindir. Çəyirtkə hücumlarının ardı-arası kəsilmir" deyə qeyd edib.

Nazir lazımi tədbirlərin görüldüyünü, lakin bu təhlükəni qabaqlamağın çox çətin olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida və Kənd Təsərrüfatı Təşkilatının (FOA) verdiyi məlumata görə, Şərqi Afrika ölkələrini istila edən çəyirtkələrə qarşı mübarizədə 38 milyon dollara ehtiyac duyulur.

Qida təhlükəsizliyi üçün böyük təhlükə yaradan çəyirtkə sürüləri keçən il bölgədə yüz minlərlə hektar əkin sahəsini yararsız hala salıb.

Qeyd olunub ki, çəyirtkə sürüsü hər gün 150 kilometr yol qət edə bilir.

Orxan İsmayıl / Redaktor.az

Kenya çekirge sürülerinin istilası altında