Rusiyanın mövqeyi: Sadə adamların bilmədiyi sirlər - MÜHARİBƏ VƏ SONRASI...

 14:41 27.01.2021     823

“Görünüşdə Rusiya Azərbaycana və Ermənistana eyni gözlə baxır. Lakin pərdəarxasında bunun belə olmadığını hər kəs yaxşı bilir”.

Bu sözləri Redaktor.az-a politoloq Qabil Hüseynli deyib. O, Rusiyanın Ermənistana dəstəyindən bəhs edib:

“Təsadüfi deyil ki, 44 günlük müharibədən əvvəl Rusiya Ermənistana hava hücumundan müdafiə sistemləri yerləşdirdi. Kreml bu əməlini Ermənistana silah yardımı olaraq deyil, KTMT ölkələrinin hava hücumundan müdafiə qurğularının yerləşdirmə planının ilk mərhələsi olaraq açıqlamışdı. Lakin bununla belə, müharibədən öncə Rusiyadan Ermənistana külli miqdarda silah gətirildi. Rəsmi İrəvan məhz bu yardımlar nəticəsində 44 gün Azərbaycan Ordusuna qarşı müqavimət göstərə bildi. Müharibədən öncə bütün hərbi ekspertlər Ermənistan Ordusu ilə Azərbaycan Ordusu arasında fərqin çox olduğunu, rəsmi İrəvanın bu ordu ilə 10 gün belə müqavimət göstərə bilməyəcəyini deyirdilər. Bütün yardımlara baxmayaraq, Azərbaycan tarixi qələbə qazandı".

Mahir Xəttab \ Redaktor.az