Hər an İran-İsrail müharibəsi başlaya bilər - ORDUYA TƏLİMAT

 11:10 28.01.2021     832

İranın Baş Qərargahının sözçüsü general Ebulfazl Şikarçi İsrailin İrana hücum edəcəyi təqdirdə Hayfanı və paytaxt Təl-Əvivi vuracaqlarını bildirib.

Redaktor.az xəbər verir ki, "ən kiçik səhvlərinə görə sadəcə raket bazalarını deyil, mümkün olan ən qısa müddətdə Hayfa və Təl-Əvivi yerlə-yeksan edərik" E.Şikarçı əlavə edib.

İranın nüvə fəaliyyətlərinin tamamilə sülhyönümlü olduğunu deyən E.Şikarçi, "Həm Ayətullah Əli Xameneinin fətvasında, həm də İranın müdafiə doktrinasında nüvə silahı istehsal etmək, əldə etmək və ya istifadə etmək üçün bir seçim yoxdur" deyə vurğulayıb.

Qeyd edək ki, İsrailin Baş Qərargah rəisi Koçavi İranın nüvə fəaliyyətlərindən narahat olduqlarını, bunun qarşısını almaq üçün orduya yeni əməliyyat planları hazırlamaq tapşırığı verildiyini bildirib.

Orxan İsmayıl / Redaktor.az