Qarabağda gərginlik arta bilər - MÜHARİBƏ YENİDƏN BAŞLAYIR?

 10:41 10.02.2021     1045

Noyabrın 9-da imzalanmış üçtərəfli bəyanata zidd formada, Ermənistanın baş prokuroru Artur Davtyan Dağlıq Qarabağa qanunsuz səfər edib. Səfər zamanı A.Davtyan separatçıların rəhbəri Araik Arutyunyanla görüşüb.

Qanunsuz şəkildə edilən səfərlər haqqında Redaktor.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, rus sülhməramlıları özbaşına hərəkətlərə davam edərlərsə, bölgədə gərginlik yenidən arta bilər:

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan sonra Laçındakı buraxılış məntəqəsində nisbətən qayda-qanun yaradılıb.  Fransadan nümayəndələrin gəlişi zamanı Azərbaycandan akkreditasiya alınması bildirilib. Ruslar gah Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, gah da buna xələl gətirən hərəkətlər edirlər” .

Politoloq həmçinin bildirib ki, ermənilər öz torpaqlarında yaşamağı bacarmalı, azərbaycanlılar isə təkcə Şuşa deməməlidirlər:

"Biz ziyalı, vətəndaş, jurnalist olaraq gündəlik fəaliyyətimizdə sülhməramlıların qanunsuzluqlarından danışmalı, Xankəndinə azəbaycanlıların tez bir zamanda qaytarılması haqqında fikirlər səsləndirməliyik".

Nərmin Məcidli / Redaktor.az