İran parlament nümayəndə heyəti Azərbaycana gəlib

 13:40 16.02.2021     136

İran parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib.

Redaktor.az İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, nümayəndə heyətinə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnur rəhbərlik edir.

İran tərəfinin Bakıda azərbaycanlı həmkarları ilə ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəyi gözlənilir.