ATƏT-in Minsk Qrupunun həmsədrlərindən BƏYƏNAT

 21:49 16.02.2021     378

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) Azərbaycan və Ermənistan Xarici işlər nazirləri ilə videokonfrans formatda keçirdikləri görüşlə bağlı bəyanat yayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə ATƏT məlumat yayıb.

Fevralın 16-da həmsədrlər Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla və Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyanla videokonfrans formatında danışıqlar aparıblar. Danışıqlarda ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər hər bir nazirlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə bağlı uzun və əsaslı fikir mübadiləsi aparıblar.