Prezidentin xüsusi nümayəndələri ilə bağlı qanun TƏSDİQLƏNİB

 13:35 22.02.2021     440

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Redaktor.az xəbər verir ki, dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilib.