Rusiyadan Ermənistana ağır zərbə - HƏR ŞEYİ DƏYİŞİRLƏR VƏ...

 13:47 23.02.2021     4569

Rusiyanın tarix dərsliyində Türkmənçay müqaviləsi ilə bağlı edilən düzəliş Ermənistanda müzakirə mövzusuna çevrilib. 

Müqavilənin 193-cü ildönümü tarixindən bir həftə əvvəl (10 fevral) Rusiyanın 9-cu sinif üçün nəzərdə tutulan “Rusiya tarixi. XIX-XX əsrin başlanğıcı” dərs vəsaitində “Rusiya Şərqi Ermənistana doğru çəkildi” qeydində “Şərqi Ermənistan” ifadəsi silinib, “İrəvan və Naxçıvan xanlığı” ifadəsi yazılıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan millək vəkili Əziz Ələkbərli bildirib ki, "Rusiya tarixi" dərsliyində Türkmənçay müqaviləsi ilə bağlı mətndə müvafiq dəyişiklik, mətnin tarixi sənədə uyğunlaşdırılması təqdirəlayiqdir:

Əziz Ələkbərli: “Bu Hökumətin ayrı-ayrı xarici qüvvələrin maliyyə  boyunduruğu altına girməsi ideyasını kifayət qədər şübhəli hesab edirəm” |  Yeni Gündəm

“Deməli, rus tarixşünaslığı sovet tarixşünaslığının SSRİ xalqlarının tarixi ilə bağlı bir çox məqsədli saxtakarlaşdırmalarına düzəliş etmək yolundadır, bəlkə də məcburiyyətindədir. Çünki yalan ayaq tuta bilər, amma sonsuza qədər yürüyə bilməz. Söhbət "Şərqi Ermənistan" ifadəsinin silinib, yerində "İrəvan və Naxçıvan xanlığı" yazılmasından gedir. Əlbəttə, tarixdə heç vaxt "Şərqi Ermənistan", ümumiyyətlə, "Ermənistan" deyilən bir anlayış olmayıb və bu, sovet rejimi dövründə Azərbaycanın tarixi qərb torpaqlarında yaradılan qondarma erməni dövlətinə verilən bir addır. Ermənilərin bu məsələyə etiraz bildirməsi isə gözləniləndir, lakin mənasızdır. Çünki ermənilərin bütün tarixi saxtakarlıqlar, işğallar üzərində qurulub. Onlar təkcə qonşularının torpaqlarını işğal etmirlər, onların tarixlərini də işğal edir, mədəniyyətlərinə, folkloruna, mətbəxinə, adət-ənənəsinə və s. sahib çıxmağa çalışırlar. Bütün bunlar zaman-zaman onların əlindən alınarsa, onlar Adəm övladı kimi lüt-üryan qalarlar və bütün dünya onların murdar cəmdəyinə tüpürər. Bütün məsələ bundadır".

Ə.Ələkbərli Rusiyanın bu düzəlişi 44 günlük müharibədən sonra etməsini də təsadüfi hesab etmir:

“Vətən müharibəsindən sonra təkcə erməni dövlətinin yox, ümumiyyətlə, dünya erməniliyinin çöküşü başlayıb. Bu prosesin artıq geriyə dönüşü yoxdur, ermənilər öz kölə tarixi talelərinə qayıtmağa məhkumdurlar".

Aysel Hcıyeva / Redaktor.az