"Şərqi Ermənistan" gorbagor oldu - TARİXİ ƏDALƏT...

"Vətən müharibəsində əldə etdiyimiz qələbəmiz tarixin yazılmasındakı yanlışlıqları da aradan qaldırır".
Redaktor.az-a danışan millət vəkili Azər Badamov Rusiyanın tarix dərsliyində Türkmənçay müqaviləsi ilə bağlı edilən düzəlişdən bəhs edib.
“Bu müqavilənin imzalanmasının 193-cü ildönümündən bir həftə əvvəl Rusiyanın 9-cu sinif tarix dərsliyində Rusiya Şərqi Ermənistana doğru çəkildi ifadəsində dəyişiklik edilərək "İrəvan və Naxçıvan xanlıqları" ifadəsinin işlədilməsini də əsil tarixi ədalətin bərpası hesab edirəm. Bu dəyişikliyin Ermənistanda əks-səda doğurması təbii haldır. Ermənilər bütün tarix boyu saxtalaşdırmalarla özlərinə dövlət qurublar və saxta iddialarını həyata keçirməyə çalışıblar. Təbii ki, zaman öz yerini tutur. Necə olur ki, Türkmənçay müqaviləsində "Şərqi Ermənistan" olmadığı halda tarixi dərsliyində bu ifadədən istifadə olunub”.
Qeyd edək ki, Rusiyanın tarix dərsliyində Türkmənçay müqaviləsi ilə bağlı edilən düzəliş Ermənistanda müzakirə mövzusuna çevrilib.
Müqavilənin 193-cü ildönümü tarixindən bir həftə əvvəl (10 fevral) Rusiyanın 9-cu sinif üçün nəzərdə tutulan “Rusiya tarixi. XIX-XX əsrin başlanğıcı” dərs vəsaitində “Rusiya Şərqi Ermənistana doğru çəkildi” qeydində “Şərqi Ermənistan” ifadəsi silinib, “İrəvan və Naxçıvan xanlığı” ifadəsi yazılıb.
Aysel Hacıyeva / Redaktor.az