Hərbi çevriliş baş tutmadı: Nikol Paşinyan öldürüləcək? - SUİ-QƏSD PLANI...

 15:28 26.02.2021     657

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edənlərin etiraz aksiyası davam edir.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə N.Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Siyasi şərhçi Asif Nərimanlının Redaktor.az-a bildirib ki, Ermənistanda baş verən hadisələr hələ ki, faktiki olaraq sual altındadır. Belə görünür ki, hərbi çevriliş cəhti planı baş tutmayıb:

“Prosesler hələ də qızğın mərhələdə qalır. Biz baş verənləri anlamaq üçün iki məqama diqqət yetirməliyik. Birinci odur ki, Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan hərbi çevriliş cəhtinə niyə indi əl atdı? Çünki noyabr hadisəsi zamanı Ermənistan müxalifəti Baş Qərargaha belə bir təklif etdi ki, hərbi çevriliş olsun. Lakin niyə onda yox, indi çevrilişə əl atıldı? Belə ki, 10 noyabr razılaşması zamanı Rusiya imkan verməzdi ki, hərbi çevriliş baş versin. Bu razılaşmada Rusiya sülhməramlılarının bölgəyə gətirilməsi var idi. Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə edə bilmədi. Onlar tam olmasada, qismən istəklərinə çatdılar, sülhməramlıları bölgəyə yerləşdirdilər. Ondan sonrakı dövrdə Rusiya başladı Ermənistan müxalifətini gücləndirməyə.Oonlar istəyirdilər ki, Robert Koçaryan kartını irəli sürsünlər.

Nikol Paşinyan anladı ki, Rusiya ona qarşı siyasi müxalifət üzərindən çevriliş hazırlayır və uzun müddətdən sonra səssizliyini pozdu. O. Rusiyaya açıq mesaj göndərdi. Ermənistanın Rusiyadan aldğı "İsgəndər" raketlərini yerin dibinə vurdu". 

A.Nərimanlı bundan əlavə olaraq, bu çevriliş cəhdinin arxasında faktiki olaraq Rusiyanın olduğunu bildirib:

“N.Paşinyan güclənərsə, bu, Rusiyanın Ermənistandan çıxarılması deməkdir. Hərbi çevrilişə ilk cəhd alınmadı, bu,  N.Paşinyanın daha da güclənməsinə səbəb oldu. Lakin N.Paşinyana qarşı siyasətdən uzaqlaşdırmaq üçün fiziki məhv cinayəti işə düşə bilər, bundan öncə də Ermənistan siyasətində bu ssenari üzərində işlər görülüb".

Aysel Hacıyeva / Redaktor.az