Türkiyə və İran arasında siyasi gərginlik - SƏFİR TƏCİLİ OLARAQ NAZİRLİYƏ ÇAĞIRILDI

 16:20 28.02.2021     798

İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend ölkəsinin İraqdakı səfiri İrec Məscidinin Türkiyə əleyhinə ifadələr səsləndirməsinə görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, Məscidi müsahibəsində Türkiyənin İraqın suverenliyini pozması ilə bağlı iddialar səsləndirib. 

Ferazmendə Türkiyənin İraqda sabitliyi qorumağa çalışdığı, İranın onun qarşısında deyil, yanında olmağının vacib olduğu deyilib. Həmçinin, səfirə deyilib ki, İraqın PKK-ilə lazımi şəkildə mübarizə apara bilməsi üçün hər iki ölkə - İran və Türkiyə dəstək olmalıdır və Türkiyə bu müstəvidə ciddi addımlar atır.

Məscidinin fikirlərinin doğru olmadığı qeyd olunub.

Orxan İsmayıl / Redaktor.az