Putin və Ərdoğan arasında telekörpü keçiriləcək

 14:55 01.03.2021     174

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telekörpü keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə dövlət başçıları arasında telekörpünün keçirilməsinə hazırlıq aparıldığını təsdiqləyib.

O qeyd edib ki, telekörpü “Akkuyu” Atom Elektrik Stansiyasının üçüncü blokunun inşasına başlanılması münasibətilə baş tutacaq. //APA