Qarabağda yeni müharibə başlaya bilər? - SƏFƏRBƏRLİK...

 16:46 01.03.2021     779

Son günlər sosial şəbəkələrdə III Qarabağ savaşının başlayacağı, bunun üçün hazırlıqların getdiyi ilə bağlı iddialar səsləndirilir.

Redaktor.az bildirir ki, məsələ ilə bağlı danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu iddiaların əsassız olduğunu, Ermənistan tərəfinin müharibə edəcək gücünün olmadığını bildirib:

"Ermənistanda vəziyyət gərgindir. Həmçinin, II Qarabağ müharibəsindən sonra Ermənistanda hansısa hərbi, iqtisadi, maliyyə, demoqrafik güc qalmayıb ki, bizə bu və ya digər şəkildə təhlükə yaratsın.
Əlbəttə, müəyyən təxribatları istisna etmirəm, amma bu təxribatlar müharibə həddinə çatacaq qədər olmayacaq.

O ki qaldı Azərbaycanda səfərbərliyin elan edilməsinə, hesab edirəm ki, Silahlı Qüvvələrimizin kifayət qədər imkanları genişdir və səfərbərliyə ehtiyac yoxdur". //Azadinfo