SON DƏQİQƏ: YAP növbədənkənar qurultay keçirəcək

 10:27 02.03.2021     526

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə partiyadan məlumat verilib.

Bildirilib ki, növbədənkənar qurultay martın 5-də keçiriləcək.

Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. //Report