Fazil Mustafa: Ermənistanda baş verənlər bizə sərf edir - AÇIQLAMA

 11:31 02.03.2021     848

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda minlərlə insanın qatıldığı mitinq baş tutub. Ermənistan Baş naziri Nikol Paşinyan öz tərəfdarları qarşında çıxış edib. 

Bütün baş verən hadisələrdən sonra Ermənistanda siyasi vəziyyət necə olacaq? Nikol Paşinyan dövrü sona çatır? Bir çoxlarını maraqlandıran bu kimi sualları Redaktor.az-a açıqlamsında millət vəkili Fazil Mustafa cavablandırıb.

F.Mustafa gedişatı proqnozlaşdırmağın çətin olduğunu ,Ermənistanda müxalifətin də hakimiyyətin də gücünün olduğunu vurğulayıb :

“Hakimiyyətin vəziyyəti çətindir, bu proseslərin belə davam etməsi bizə sərfv edir. Çünki köhnə hakimiyyətin getməsi yeni hakimiyyətin formalaşması Ermənistanda biraz daha çox baş qarışdıracaq. Bizə də elə bu lazımdır ki, bəyənatın bəndlərinin icra olunmasını təmin edə bilək. Bu məsələlər necə sonlanacağı hələ məlum deyil. Düşünürəm ki, yaxın gələcəkdə Baş nazir Nikol Paşinyan hakimiyyətinin davam etməsi çətin olacaq. Bu gedişat onu göstərir ki, ictimai ehtimat xeyli azalıb, amma o, hələ də öz mövqeyini qorumağa çalışır, onun da müəyyən dəstəyi var. Ermənistan daxilində bu, Qarabağ və ermənistan klanı arasında olan savaş kimi müqayisə olunur, bu baxımdan kimin revanş götürməsi proseslərdən asılıdır”.

Asel Hacıyeva / Redaktor.az