İNANILMAZ PLAN: Azərbaycan Zəngəzuru geri alır - ERMƏNİLƏRƏ PASPORT VERİLƏCƏK VƏ...

 12:03 03.03.2021     1216

“Azərbaycan Süniki (Zəngəzur) güc yolu ilə yox, iqtisadi yolla ələ alacaq. Əvvəl nəqliyyat-kommunikasiya əlaqələri qurulacaq, Azərbaycan və türk avtomobilləri yollardan və dayanacaqlardan istifadə edəcəklər. Camaat buna öyrəşəcək, onlar yol və yolkənarı infrastrukturun yaxşılaşdırılması ilə məşğul olacaqlar".

Redaktor.az-ın məlumatına görə, bu fikirləri siyasi ekspert Asif Nərimanlı bildirib. O qeyd edib ki, yaxın illər ərzində ermənilər qonşu kimi yanaşmağa məcbur olacaqlar. Sonra yolların keçdiyi ərazilərə infrastukturun müasirləşdirilməsi üçün Azərbaycan-Türkiyə investisiyası qoyulacaq:

"Yükboşaltma məntəqələri, mehmanxanalar və ucuz türk mallarının satıldığı topdansatış mərkəzləri açılacaq. Türkiyədən Azərbaycana gedən mallar çoxaldıqca bölgədə əlavə anbarlar açılacaq. Bu mərhələ normal həyata keçəcəksə, bölgədə biznesə pul qoymağa başlayacaqlar. Kapital Azərbaycan və Türkiyənin olacaq, onlar sahib, ermənilər xidmət edən olacaq”.

Ekspert hesab edir ki, bu illər ərzində Sünik şəhərlərində azərbaycanlıların sayı artacaq. İqtisadi əlaqələr genişləndikcə, Azərbaycan və Türkiyə pasportu bölgəyə ayaq açacaq, bu pasportları daşıyanlara əlavə güzəştlər ediləcək:

“Türklərin sayı (Azərbaycan və Türkiyəni birlikdə götürürlər) əhalinin 20-30 faizinə çatanda onların və türk investorların maraqlarını müdafiə edən məmurların administrasiyaya ayaq açması qaçılmaz olacaq. Beləliklə, Sünik Azərbaycan bölgəsi, yaxud Bakı və Ankaranın təsirində olan əraziyə çevriləcək; Zəngəzura qayıdışın ən unikal yol budur”.

Aysel Hacıyeva / Redaktor.az