YAP-ın qurultayı başlayıb - YENİLƏNİR

 10:14 05.03.2021     549

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. //Report.az