Putinlə Bayden arasında GƏRGİNLİK - "Təcili görüşməliyik"

ABŞ Prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putini "qatil" adlandırması iki ölkə arasında gərginliyə səbəb olub.
Redaktor.az xəbər verir ki, Putin, Krım bölgəsinin Rusiya tərəfindən ilhaqının 7-ci ildönümü ilə əlaqədar verdiyi açıqlamada Baydenlə onlayn formatda görüşmək istədiyini deyib:
"Baydenlə müzakirəni davam etdirmək istəyirəm, amma canlı şəkildə. Hər hansı ertələmənin olmadığı, real, canlı müzakirə. Rusiya xalqı, ABŞ xalqı və bir çox başqa ölkə bu məsələdə maraqlı görünür".
Co Baydenin bu təklifə cavabı gecikməyib. O, məsələ ilə bağlı "bir nöqtədə görüşəcəyimizə əminəm" deyə cavab verib.
Bayden Rusiyaya tətbiq olunacaq əlavə sanksiyalarla bağlı sualı isə bunun zamanla gələcəyini dilə gətirərək cavablandırıb.
Orxan İsmayıl / Redaktor.az