Rusiya və Azərbaycan XİN rəhbərlərinin GÖRÜŞÜ

 12:12 26.03.2021     425

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyi ​ xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.

M. Zaxarova Rusiya xarici işlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını söyləyib. //APA