Pol Qobl: ABŞ “erməni soyqırımı”nı tanısa təəccüblənərəm

 15:43 27.03.2021     120

“1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyacağına söz verən, ancaq vəzifəyə gəldikdən sonra bunu etməyən ABŞ prezidentliyinə namizədlərin uzun bir tarixçəsi var. Prezident Cozef Baydenin istisna təşkil edəcəyi təəccüb doğurur”.

Redaktor.az xəbər verir ki, bunu tanınmış amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl deyib.

Onun sözlərinə görə, bunun baş verməsinin yeganə səbəbi rəsmi Ankaranın NATO məhdudiyyətlərinə qarşı çıxması ola bilər.

P.Qobl qeyd edib ki, Vaşinqton Türkiyəyə qarşı istifadə ediləcək bir şeyə sahib olmaq istəyir.

“Əlbəttə ki, Cozef Bayden “soyqırımı” tanıyarsa, Türkiyə ilə problemlər yarana bilər. Ancaq güman edirəm ki, bunlar Rəcəb Tayyib Ərdoğanın prezidentliyinə qədər olduğu kimi ciddi problemlər olmayacaq”, - deyə ekspert vurğulayıb. //Oxu.az