Azərbaycanla Pakistan arasında yeni saziş təsdiq ediləcək

 16:23 29.03.2021     111

Azərbaycanla Pakistan arasında yeni saziş təsdiq ediləcək.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin aprelin 2-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılacaq. //Trend.az