REAL DSK-lara 37 üzv təqdim edəcək

 19:24 29.03.2021     290

"REAL dairə seçki komissiyalarına 37 üzv təqdim edəcək”.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov özünün feysbuk hesabında bildirib.

“Bildiyiniz kimi, martın 1-də Mərkəzi Seçki Komissiyasına məktub göndərmişdik. Dairə seçki komissiyalarının 37 üzvünün REAL-ın təqdimatı ilə vəzifəyə təsdiqlənməli olduğunu bildirmişdik. MSK katibi Mikayıl Rəhimlidən bu gün aldığım cavab məktubunda bu hüquqi mövqeyimizin doğru olduğu göstərilir", - partiya sədri deyib. //Report

Vumart və Güvən reklamı Vumart Güvən